"Qarabağ"ın rəqibi "Atletik"in prezidenti: "Uğursuzluq məni çox narahat edir"
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının liqa mərhələsində "Qarabağ"ın rəqibi "Atletik Bilbao"nun prezidenti Jon Uriarte Dortmund səfərindən qayıdan zaman hava limanında fikirlərini açıqlayıb.
O, yenidən klub rəhbərliyinə seçkidə iştirak etmək niyyətini bildirib.
Çempionlar Liqasında "Borussiya Dortmund"a 1:4 məğlub olan "Atletik"in prezidenti Con Uriarte Dortmunddan Bilbao hava limanına gəldikdən sonra bu fikrini dilə gətirib.
Seçkinin mövsümün sonunda keçiriləcəyi gözlənilir.
C.Uriarte əsas komandaya xüsusi diqqət yetirməyi vacib hesab edib.
"Kluba sabitlik və sakitlik gətirmək üçün bunu əvvəlcədən elan etmək istədim.
Biz bilirik ki, seçki illərində çoxlu söz-söhbətlər olur və klub daxilində müəyyən dərəcədə əsəbilik yaranır. Bu, işləmək üçün ən yaxşı mühit olmaya bilər. Komandalarımız uğursuz çıxış edir. Ümid etdiyimizə nail olmadıq.
Bizim məşqçiləe böyük işlər görür və futbolçular ən yüksək səviyyəyə malikdirlər.
Məqsədlərin öhdəsindən gələcəyimizə əminik.
Biz həmişə deyirik ki, "Athletic"də biz fərqliyik, azarkeşlər və oyunçular arasında əlaqə çox güclüdür və mən bununla tamamilə razıyam. Çətin vaxtlarda bu birliyə ən çox ehtiyac duyulur, buna görə də biz istəyirik ki, komanda zirvəyə qalxsın. Azarkeşlərlə birgə irəli getməliyik".
Qeyd edək ki, Çempionlar Liqasının liqa mərhələsinin iki oyununda qələbə qazanan "Qarabağ" 6-cı, iki matçda məğlub olan "Atletik" 0-la 34-cüdür. Bilbao komandası İspaniya La Liqasında 7 turdan 12 xalla 20 klub sırasında 5-cidir.
"Atletik" oktyabrın 22-də "Qarabağ"ı qəbul edəcək.