"Qarabağ" – "Kopenhagen" matçında türk hakim   

"Qarabağ" – "Kopenhagen" matçında türk hakim   
Futbol
442
29 Sentyabr 2025 - 14:00

Supersport.Az-ın məlumatına görə, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda "Qarabağ"ın "Kopenhagen"ə qarşı keçirəcəyi matçın təyinatları açıqlanıb. Oktyabrın 1-də Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüşə Niderlanddan olan ədalət təmsilçiləri təyinat alıblar.


Qarşılaşmanı Serdar Gözübüyük idarə edəcək. Həmyerliləri Ervin Zeinstra və Patrik İnia oyunun baş hakiminin köməkçiləri olacaqlar. Yannik Van Der Laan dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR hakimləri Rob Dieperink və Jeroen Manşot olacaqlar.


UEFA Çempionlar Liqası

Liqa mərhələsi, II tur

1 oktyabr


23:00. “Qarabağ” – “Kopenhagen”

Baş hakim: Serdar Gözübüyük

Baş hakimin köməkçiləri: Ervin Zeinstra, Patrik İnia

Dördüncü hakim: Yannik Van Der Laan

VAR: Rob Dieperink

AVAR: Jeroen Manşot

Bakı, Tofiq Bəhramov adına Respublika Stadionu

Digər xəbərlər