Azərbaycan atıcısından Avropa Kubokunda qızıl atəş

Azərbaycan atıcısından Avropa Kubokunda qızıl atəş
Olimpiya, Digər, Atıcılıq
376
29 Sentyabr 2025 - 11:37

Supersport.Az-ın məlumatına görə,  Estoniyanın paytaxtı Tallində Avropa Atıcılıq Konfederasiyasının təşkilatçılığı ilə keçirilən nüfuzlu "Lapua" Avropa Kubokunda Azərbaycan atıcısı Ruslan Lunev möhtəşəm çıxışı ilə birinciliyə yüksəlib.


25 metr məsafəyə atəş üzrə yarışda Lunev ardıcıl və dəqiq atışlarla 574 xal (14x) nəticə göstərərək güclü rəqiblərini geridə qoyub və ölkəmizə qızıl medal qazandırıb.

Digər xəbərlər