"Neftçi" "0" oynadı, hakimə etiraz etdi - Foto
Futbol, Foto
431
27 Sentyabr 2025 - 21:01
Bu gün Azərbaycan Premyer Liqasında 6-cı turun daha iki matçı keçirilib.
Supersport.Az xəbər verir ki, günün ilk matçı Şamaxıda oynanılıb. "Araz-Naxçıvan" "Şamaxı"nın qonağı olub. Oyun bərabər yekunlaşıb.
"Neftçi" isə "Karvan-Yevlax"la üz-üzə gəlib. Burada da qalib müəyyənləşməyib. Oyunun ardından "Neftçi"nin kapitanı Emin Mahmudov, Elvin Bədəlov baş hakim Kamranbəy Rəhimova etiraz edib. Baş məşqçi Samir Abasov isə futbolçularını sakitləşdirib.
Azərbaycan Premyer Liqası
VI tur
27 sentyabr
15:30 "Şamaxı" - "Araz-Naxçıvan" 1:1
Qollar: Rüfət Abbasov, 28 - Şarl Boli, 73
Baş hakim: Rəşad Əhmədov
Şamaxı şəhər stadionu
19:00 "Neftçi" - "Karvan-Yevlax" 0:0
Baş hakim: Kamranbəy Rəhimov
“Palms Sports Arena”