"Neftçi"də yeni legionerlə müqavilə
Futbol
399
26 Sentyabr 2025 - 19:19
Supersport.Az xəbər verir ki, "Neftçi" növbəti transferini rəsmiləşdirib. Nigeriyalı futbolçu İfeanyi Metyu artıq bu klubun ailəsinin üzvüdür. 28 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə bağlanıb. O, 18 nömrəli formanı geyinəcək.
Sonuncu klubu "Sürix: (İsveçrə) olan Metyu, vətənindən başqa, Norveç və Türkiyə liqalarında da oynayıb. Norveç kubokunun və 20 yaşadək futbolçular arasında Afrika Kubokunun qalibi olub.