Futbolçu divara dəydi, həlak oldu
Futbol
527
26 Sentyabr 2025 - 15:23
Supersport.Az-ın məlumatına görə, "Arsenal"ın yetirməsi, "Chichester City" klubunun futbolçusu Billy Vigar ötən həftənin sonu "Wingate & Finchley" ilə oyunda qorxunc zədə alıb.
21 yaşlı futbolçu Billy matçın 13-cü dəqiqəsində topu meydanda saxlamağa çalışan zaman sürüşüb, alnı beton divara çırpılıb və kəllə-beyin travması alıb, komaya düşüb. Futbolçuya dərhal tibbi yardım edilib. Həftənin ikinci günü cərrahiyyə əməliyyatı olunsa da, Billi Viqarın həyatını xilas etmək mümkün olmayıb.