Mourinyonun "Benfika"da qazancı açıqlandı
Futbol
472
26 Sentyabr 2025 - 14:57
Supersport.Az xəbər verir ki, Çempionlar Liqasının liqa mərhələsinin ilk oyununda "Qarabağ"ın məğlub etdiyi "Benfika"nın prezidenti Rui Koşta Portuqaliya mətbuatına yeni baş məşqçi Joze Mourinyo haqda açıqlama verib.
"Joze Mourinyonun maaşı ilk ilində 3 milyon avro, ikinci mövsümdə isə 4 milyon avro olacaq. Bu, onun "Portu"dan ayrıldıqdan bəri aldığı ən aşağı məvacibdir.
Mariu Branko “Fənərbağça”da Mourinyonun ayrılığını hazırlamışdı. Burada isə gəlişini hazırladı (gülür). Əslində, Mourinyo heç planlarımda yox idi. "Qarabağ" oyunundan sonra Mariu Branko mənimlə əlaqə saxladı və prosesi yekunlaşdırdı.
Joze Mourinyo kimi bir baş məşqçiniz olduqda, Çempionlar Liqasında 1/4 və ya yarımfinal barədə xəyallar qurmağa başlayırsınız".