"İmişli" - "Zirə" oyununda gözlənilən nəticə, "Qarabağ" uddu
Futbol
446
26 Sentyabr 2025 - 20:55
Bu gün Azərbaycan Premyer Liqasında VI tura start verilib.
Supersport.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
"İmişli” Qubada "Zirə"ni qəbul edib. Oyun 1:1 hesabıyla başa çatıb. "İmişli" hesabı açsa da, sonradan qol buraxaraq, heç-heçəyə razılıq verib.
"Qarabağ" isə "Qəbələ"ni sınağa çəkib. Ağdam klubu 2 qolla qələbə qazanıb.
15:30. "İmişli" – "Zirə" 1:1
Qollar: D.Rollo 26 - D.Volkov 80
Baş hakim: Əli Əliyev
Quba OİK stadionu
19:00 "Qarabağ" – "Qəbələ" 2:0
Qollar: Abdullah Zubir 16, Musa Qurbanlı 90+2
Baş hakim: Rauf Cabarov
“Azersun Arena”