"Neftçi" məşhur futbolçu Abubakarı gətirə bilər
Kamerun millisinin futbolçusu Vensan Abubakar karyerasını Azərbaycanda davam etdirə bilər.
Supersport.Az-ın əldə etdiyi məlumata görə, 33 yaşlı forvard Abubakarın "Neftçi"ylə müqavilə imzalayacağı ehtimal olunur.
İddiaya görə, tərəflər danışıqları davam etdirir.
Abubakarın qiyməti 1 milyon 200 min avrodur.
Son olaraq Türkiyə təmsilçisi “Hatayspor”da çıxış edən hücumçu komandanın heyətində 28 matçda 8 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
V.Abubakar daha əvvəl Portuqaliyanın "Portu" Türkiyənin "Beşiktaş", Fransanın "Valansyen", "Loryan" və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klublarının formasını geyinib.
Abubakar Kamerun yığmasıyla Afrika Millətlər Kubokunu, "Koton Sport"la Kamerun çempionluğuni, "Beşiktaş"la ikiqat Türkiyə çempionluğunu, kubokunu, "Portu"yla iki dəfə Portuqaliya çempionluğunu, həmçinin kuboku və superkuboku qazanıb.