BMT FİFA-dan tələb etdi: "İsraili beynəlxalq yarışlardan kənarlaşdırın"

BMT FİFA-dan tələb etdi: "İsraili beynəlxalq yarışlardan kənarlaşdırın"
Futbol, Eksklüziv
571
23 Sentyabr 2025 - 21:41

Supersport.Az-ın məlumatına görə, Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 80-ci iclasında qurum rəsmiləri FİFA-ya müraciət ediblər. BMT qatil İsrailin beynəlxalq futbol yarışlarından kənarlaşdırılmasını tələb edib.


Ekspertlər, "Soyqırım qarşısında bitərəf qalmaq mümkün deyil" deyərək, FİFA və UEFA-nı İsrailin Fələstindəki işğal və zorakılıq siyasətinə cavab olaraq tədbir görməyə çağırıb.


Fələstinin xüsusi məruzəçisi Francesca Albanese də daxil olmaqla ekspertlər İsrail millisinin beynəlxalq yarışlardan kənarlaşdırılmalı olduğunu vurğulayıblar.


UEFA bu gün İsrail komandalarını öz turnirlərindən kənarlaşdırmaq niyyətindədir.  Əgər səsvermə keçirilərsə, İsrail milli komandası 2026 Dünya Çempionatı seçmə mərhələsindən kənarlaşdırılacaq, Təl-Əvivin "Makkabi" klubu isə Avropa Liqasından çıxarılacaq.




Digər xəbərlər