Video: "Qarabağ" "Kopenhagen"i də məğlub etməyə çalışacaq" - Tahir Gözel

Video: "Qarabağ" "Kopenhagen"i də məğlub etməyə çalışacaq" - Tahir Gözel
Futbol, Eksklüziv, Video
592
22 Sentyabr 2025 - 22:01

Supersport.Az-a açıqlamasında Çempionlar Liqasının əsas mərhələsinin ikinci oyununda Bakıda "Kopenhagen"i qəbul edəcək "Qarabağ"ın prezidenti Tahir Gözel rəqib haqda danışıb.



"Qarabağ"ın "Benfika" üzərində qələbəsi böyük zəfər və motivasiyadır. Ancaq başa düşməliyik ki, Çempionlar Liqasının əsas mərhələsində hər oyun çox çətindir, ağırdır.  Bütün rəqiblər nəhəngdir. "Kopenhagen" də bu sıradadır. Bu komandayla əvvəlcə oynamışıq, rəqibi tanıyırıq, ən yaxşı formada hazırlaşacağıq. İnşAllah qarşıdakı matçda da nəticənin yaxşı olacağını düşünürəm, komandama inanıram. "Qarabağ" "Kopenhagen"i məğlub etməyə çalışacaq".


"Qarabağ" - "Kopenhagen" matçı 1 oktyabrda keçiriləcək.

Digər xəbərlər