Ülvü ikiqat dünya çempionu oldu

Ülvü ikiqat dünya çempionu oldu
Olimpiya, Digər, Güləş
541
20 Sentyabr 2025 - 22:57

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatı davam edir.


Supersport.Az xəbər verir ki, bu gün yunan-Roma güləşçilərimiz 1 qızıl və 1 bürünc medal qazanıb.


Ülvü Qənizadə (72 kq) finalda ötən il həlledici görüşdə məğlub etdiyi İbrahim Qanemlə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada rəqibinə 4:2 hesabıyla qalib gələn həmvətənimiz titulunu qoruyub və 2-ci dəfə dünya çempionu olub.


Murad Əhmədiyev (97 kq) bürünc medal uğrunda görüşdə macarıstanlı Aleks Soke ilə üz-üzə gəlib. Güləşçimizin ilk hissədə işlətdiyi 4 xallıq fənd qarşılaşmada həlledici rol oynayıb. Yekunda 5:5 hesabı qeydə alınsa da, xalların keyfiyyətinə görə sevinən tərəf Əhmədiyev olub. Beləliklə, Murad dünya çempionatında debütünü bürünc medalla qeyd edib.


Bununla da yunan-Roma güləşçilərimizin mundialda medal sayı 3-ə çatıb.


Xatırladaq ki, ötən gün Eldəniz Əzizli (55 kq) dünya üçüncüsü olub.

Digər xəbərlər