Ramil Şeydayev yenidən "Qarabağ"da - Fotolar

Ramil Şeydayev yenidən "Qarabağ"da - Fotolar
Futbol, Foto
451
18 Sentyabr 2025 - 22:24

Supersport.Az-ın məlumatına görə, "Qarabağ" daha bir futbolçunun keçidini reallaşdırıb.


Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev heyətə cəlb olunub.


Bu haqda klub xəbər yayıb.


"Qarabağ" 29 yaşlı hücumçu arasında 1 illik müqavilə imzalanıb. Şeydayev 77 nömrəli forma ilə çıxış edəcək.


Ramil 2017-2018 və 2021-2023-cü illərdə də "Qarabağ"da forma geyinib, 3 dəfə Azərbaycan çempionu olub, 1 dəfə ölkə kubokunu qazanıb. 2022/23 mövsümündə 22 qolla Premyer Liqanın bombardiri adına sahib olub.


Azərbaycan milli komandasında keçirdiyi 69 oyunda 10 qol vuran forvard karyerası ərzində “Zenit”, “Rubin”, “Krılya Sovetov”, Moskva “Dinamo”su (hamısı Rusiya), “Trabzonspor”, “Kocaelispor” (hər ikisi Türkiyə), “Jilina” (Slovakiya), “Buriram Yunayted” (Tailand), ölkəmizdə isə “Sabah” və “Neftçi”də çıxış edib.


Qeyd edək ki, "Qarabağ" bunadək altı futbolçunu – Dani Bolt, Pedro Bikalyo, Kris Kuaku, Sami Mmae, Joni Montiel və Kamilo Duranı heyətinə qatıb.



Digər xəbərlər