"Qarabağ" "Benfika"nı məğlub etdi - Fotolar
"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununu keçirib.
Supersport.Az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu Ağdam komandası 8 ildən sonra qitənin bir nömrəli klub yarışının ilk turu çərçivəsində Portuqaliyada "Benfika" ilə qarşılaşıb.
"Qarabağ" 3:2 hesablı qələbə qazanıb.
"Qarabağ"ın digər turlarda rəqibləri müvafiq ardıcıllıqla "Kopenhagen", "Atletik" (İspaniya), "Çelsi" (İngiltərə), "Napoli" (İtaliya), "Ayaks" (Niderland), "Ayntraxt" (Almaniya) və "Liverpul" (İngiltərə) komandaları olacaqlar.
UEFA Çempionlar Liqası. Liqa mərhələsi. 1-ci tur
23:00 "Benfika" (Portuqaliya) - "Qarabağ" (Azərbaycan) 2:3
Qollar: Entso Barreneçea, 6, Vangelis Pavlidis, 16 - Leandro Andrade, 30, Kamilo Duran 48, Aleksey Kaşuk 86
Baş hakim: Erik Lambrexts
Yan xətt hakimləri: Jo de Veyrdt, Kevin Monteni
Dördüncü hakim: Natan Verbumen
VAR: Bram Van Drieşşe (hamısı Belçika)
AVAR: Fedayi San (İsveçrə)
Hakim-inspektor: Cüneyt Çakır (Türkiyə)
Lissabon, "Estadio da Luz" stadionu.