Ramil Şeydayev "Qarabağ"a qayıda bilər - Eksklüziv

Ramil Şeydayev "Qarabağ"a qayıda bilər - Eksklüziv
Futbol, Eksklüziv
601
10 Sentyabr 2025 - 23:17

Supersport.Az-ın əldə etdiyi məlumata görə, "Neftçi"dən ayrılan futbolçu Ramil Şeydayev "Qarabağ"a dönə bilər. 

29 yaşlı Ramil Şeydayev Bakı klubunun rəhbərliyindən əvvəlcə 1 milyon manat təzminat tələb etsə də, sonra məbləği 2 milyona qaldırmışdı. Baş məşqçi Samir Abasov Ramili əvəzedici heyətə göndərmişdi.


"Neftçi" çətin də olsa, ikiillik müqaviləsi qalan futbolçuyla qarşılıqlı olaraq kontraktı pozub, kompensasiya verib.


"Neftçi" rəhbərliyi ötən il Ramil Şeydayevlə 3 illik müqavilə imzalamışdı.


Ötən mövsüm Ramil premyer liqada 27 oyunda 4 qol vurub, 2 effektli ötürmə verib, kubok yarışının 4 matçında isə fərqlənə bilməmişdi.


Ramil Şeydayevin "Qarabağ"a qayıdacağı bildirilir.


R.Şeydayev iki il əvvəl "Qarabağ"la vidalaşan zaman bu sözləri paylaşmışdı:

"Belə ailənin üzvü olduğum üçün xoşbəxt idim. Yaxşı, çətin dönəmlərdə mənə və komandaya dəstək göstərən hər kəsə minnətdaram. Sizə hər məqama görə çox sağ olun deyirəm, sizin üçün çox darıxacağam".


Qeyd edək ki, Ramil Şeydayev 2017/2018 mövsümündə və 2021-ci ildən komandanın uğurları üçün çalışıb. Ağdam klubunda son mövsüm futbolçu 22 qolla bombardir olub.

Digər xəbərlər