"Qarabağ"dan dünya reytinqində yüksəliş
Futbol, Eksklüziv
488
11 Sentyabr 2025 - 13:43
Supersport.Az-ın məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası yeni reytinqini açıqlayıb.
506 klubun yer aldığı siyahıda Azərbaycandan 4 klub var.
Ən yaxşı göstəriciyə malik təmsilçimiz "Qarabağ" 154,75 xalla 96-cıdır. Ağdam klubu əvvəlki cədvəllə müqayisədə 38 pillə irəliləyib.
"Sabah" 79,25 xalla 264-cü pillədən 302-yə düşüb. "Araz-Naxçıvan" 70,25 xalla 363-cü yerdən 355-ci yerə yüksəlib. "Zirə" isə 68 xalla 274-cü pillədən 380-ci yerə enib.
Reytinqdə Çempionlar Liqasının qalibi PSJ 543 xalla liderdir. Fransa klubu "Real Madrid"i (494 xal) birinci pillədən salıb. Dünya çempionu "Çelsi" (483 xal) üçüncü yerdə qalıb.