Cüneyt Çakır yenidən "Qarabağ"ın oyununda
Futbol
437
10 Sentyabr 2025 - 20:44
Supersport.Az-ın məlumatına görə, türkiyəli məşhur keçmiş referi Cüneyt Çakır yenidən "Qarabağ"ın oyununa təyinat alıb.
FİFA dərəcəli sabiq hakim Ağdam təmsilçisinin sentyabrın 16-da Portuqaliyanın paytaxtı Lissabonda UEFA Çempionlar Liqasının əsas mərhələsində "Benfika"ya qarşı keçirəcəyi matçın hakim-inspektoru olacaq. Oyunun UEFA nümayəndəsi irlandiyalı Patrik Dempsey olacaq.
"Benfika" - "Qarabağ" matçının hakimlərinin adları isə hələ ki, açıqlanmayıb.
Cüneyt Çakır hazırda Gürcüstan Futbol Federasiyasının Hakimlər Komitəsinin sədridir.
Xatırladaq ki, bundan əvvəl Cüneyt Çakır ötən il 28 noyabrda Bakıda "Qarabağ"ın UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda "Olimpik Lion"la oyununda hakim-inspektor olub.