"Kəpəz" İlqar Nadirini kənarlaşdırdı
Futbol
383
10 Sentyabr 2025 - 13:52
Supersport.Az-ın məlumatına görə, "Kəpəz" PFK əməliyyatlar üzrə rəhbər İlqar Nadiri ilə yollarını ayırıb. Tərəflər arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Klub bu məlumatı yayıb.
"Kəpəz" PFK İlqar Nadiriyə fəaliyyəti dövründə göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, AFFA-nın keçmiş baş katibi Elxan Məmmədovun kadrı olduğu bildirilən İlqar Nadiri 2022-ci ildə klubda yaradılan İdarə Heyətinin ilk sədri olub.