"Bakıda meydança hazır deyildi" - Sergey Rebrov - Video
Supersport.Az Azərbaycan millisiylə DÇ-2026-nın seçmə mərhələsinin ikinci oyununda qollu heç-heçəyə razılaşan Ukrayna yığmasının baş məşqçisi Sergey Rebrovun bəzi fikirlərinin videogörüntüsünü təqdim edir.
AFFA-nın zay mikrofonuna görə ukraynalı mütəxəssisin digər düşüncələrinin videosunu yarımçıq verdik.
- Sizcə nəyə görə xal itirdiniz?
- Mən sizə demişdim ki, heç bir komandanı aşağı qiymətləndirə bilmərik. Bu gün meydança hazır da deyildi. Son 10 dəqiqədə cərimə meydançasında hücumlar etdik. Biz epizodları vura bilmədik. Oyunda diqtə edən tərəf biz idik.
- Azərbaycan millisi sizi nə ilə təəccübləndirdi?
- Problem Azərbaycan millisində deyildi, bizdə idi. Azərbaycan millisi əks-hücumlarda yaxşı oynayırdı. Belə meydançada oynamaq çox çətindir.
- Birinci oyun deyil ki, milli problem yaşayır...
- Ukrayna fanatlarından üzr istəyirəm. Biz 1:0 udsaydıq, istənilən halda neqativ oyun olacaqdı. Zədələnən oyunçularımız var. Ukrayna müharibə vəziyyətindədir. Bir-birimizə dəstək olmalıyıq. Heç kim neqativ sözlər səsləndirməməlidir.
- Ukrayna klubları Çempionlar Liqasında iştirak etməyəcək. Amma "Qarabağ" ÇL-də iştirak edir...
- Deməzdim ki, Ukrayna millisi Azərbaycandan daha pis oynayır. Azərbaycan millisinin heyətində olan bəzi futbolçular "Qarabağ"da ÇL oynayır. Problem ondadır ki, hücumda çox pis oynadıq.
- Stadionda Ukrayna bayraqları var idi. Bu atmosfer haqda nə deyərdiniz?
- Bəli, çox bayraq var idi. Minnətdarıq.