Azərbaycan yığmasının 0:6 məğlubiyyəti
Futbol
440
09 Sentyabr 2025 - 17:20
Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün "Slovenia Nations Cup" yoldaşlıq turnirində üçüncü oyununa çıxıb.
Supersport.Az xəbər verir ki, U-19 sonuncu matçında Polşanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. “Çatej” stadionunda keçirilən görüş rəqibin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan yığması ilk iki görüşdə İslandiya və Farer adaları yığmaları üzərində 2:1 hesablı qələbə qazanıb.