Portuqaliya Azərbaycanın futbol yığmasını darmadağın etdi
Futbol
514
06 Sentyabr 2025 - 00:24
Supersport.Az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununa çıxıb.
Millimiz Barseluş şəhərində Portuqaliyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Portuqaliyalılar Ayxan Abbasovun baş məşqçisi olduğu Azərbaycan yığmasını 5:0 hesabıyla darmadağın edib.
5 sentyabr
22:30: Portuqaliya (U-21) - Azərbaycan (U-21) 5:0
Qollar: R.Mora,48, G.Kenda,52, L.Barroso,57, C.Forbs,73, V.Semedo,90+3
Barseluş şəhər stadionu.
Baş hakim: Konstantinos Fellas
Baş hakimin köməkçiləri: Pavlos Georgiu, Giorgios Çaralampus
Dördüncü hakim: Dimitris Solomu
(Hakimlər briqadası Kiprdəndir)