"Futbolçular Azərbaycan xalqını qələbə ilə sevindirmək istəyirlər" - Santuş

"Futbolçular Azərbaycan xalqını qələbə ilə sevindirmək istəyirlər" - Santuş
Futbol
539
05 Sentyabr 2025 - 02:11

Supersport.Az-ın məlumatlna görə, dünya çempionatının seçmə mərhələsinin ilk oyununda İslandiyanın qonağı olacaq Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş mətbuat nümayəndələri qarşısında danışıb. 


"Seçmə mərhələnin ilk oyununa çıxacağıq. Hamı birinci matçında uğurlu nəticə qazanmaq istəyir. Rəqibi təhlil etmişik, çox yaxşı təşkilatlanıb. Topa sahib olmağı xoşlayan komandadır. İslandiya millisi haqqında bütün məlumatları futbolçularımıza çatdırmışam. Oyunboyu təslim olmurlar, futbolçuları yerli publikanın dəstəyini daim hiss edirlər. Çox yaxşı çempionatlarda çıxış edən təcrübəli oyunçuları var. Millinin əsasını ölkə xaricində oynayanlar təşkil edir. Amma biz də qələbə qazanmağa çalışacağıq. Görüşə tam hazır olacağıq. Əsas odur ki, futbolçularımız çox istəklidirlər, tam şəkildə kökləniblər. Hər biri Azərbaycan xalqını qələbə ilə sevindirmək istəyir. Əminliklə deyə bilərəm ki, qarşıdakı matçlarda futbolçularımız qələbə qazanmaq, tarix yazmaq üçün əllərindən gələni edəcəklər".


Digər xəbərlər