"Qarabağ"ın Çempionlar Liqası heyəti 

"Qarabağ"ın Çempionlar Liqası heyəti 
Futbol, Eksklüziv
628
03 Sentyabr 2025 - 13:31

Supersport.Az-ın əldə etdiyi məlumata görə, "Qarabağ" Futbol Klubu Çempionlar Liqasının liqa mərhələsi üçün iştirak ərizəsini UEFA-ya göndərib.


Azərbaycanın 12 qat çempionu "Qarabağ"ın heyətində 24 futbolçu yer alıb.


Baş məşqçi Qurban Qurbanov bu yay İspaniyanın "Rayo Valyekano" klubundan alınan 24 yaşlı Joni Montieli heyətə daxil etməyib. 


Ağdam komandası iki hücumçu almaq istəsə də, alınmayıb.


"Qarabağ" Fransanın "Loryan" klubunun seneqallı futbolçusu Sambou Soumano və "Flamenqo"dan braziliyalı Olavio Juninyonu transfer etmək istəsə də, tərəflər maliyyə məsələsində razılığa gələ bilməyib. Juninyoya görə 4 milyon, Samba üçün 3,5 milyon avro istənilib. 


Qapıçılar: 1. Şahrudin Məhəmmədəliyev, 97. Fabiyan Buntiç, 99. Mateuş Koxalski;


Müdafiəçilər: 2. Mateus Silva, 3. Sami Mmae, 13. Bəhlul Mustafazadə, 18. Dani Bolt, 30. Abbas Hüseynov, 35. Pedro Bikalyo, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina;


Yarımmüdafiəçilər: 6. Kris Kuaku, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 20. Kadi Borges, 21. Aleksey Kaşuk, 17. Kamilo Duran, 27. Toral Bayramov, 42. Hikmət Cəbraılzadə;


Hücumçular: 11. Emmanuel Addai, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə.


Qeyd edək ki, Liqa mərhələsində "Qarabağ" “Liverpul” (İngiltərə), “Benfika” (Portuqaliya), “Napoli” (İtaliya) və “Atletik”lə (İspaniya) səfərdə, “Çelsi” (İngiltərə), “Ayntraxt” (Almaniya), “Ayaks” (Niderland) və “Kopenhagen”lə (Danimarka) evdə qarşılaşacaq. 


"Qarabağ" ilk oyunu sentyabrın 16-da səfərdə "Benfika"ya qarşı keçirəcək.

Digər xəbərlər