"Qarabağ" 126 milyon manat qazana bilər - Eksklüziv
Supersport.Az portalı UEFA yarışlarında komandaların çıxışlarına əsasən orta qazancla bağlı məlumat əldə edib.
Çempionlar Liqasında ilk 24-də yer tutacaq komandalar Avropa Liqasının çempionluğundan daha yüksək gəlirə sahib çıxa biləcəklər.
Supersport.Az-ın təxmininə görə, Çempionlar Liqasının liqa mərhələsində yeganə təmsilçimiz "Qarabağ" Futbol Klubu ən azı 33-40 milyon avro (65-79 milyon manat) qazana bilər.
Ağdam klubu əsas raunda kimi 23 milyon 775 min avro (47 milyon manat) gəlir əldə edib.
"Qarabağ"ın Çempionlar Liqasının liqa mərhələsində rəqibləri - "Çelsi", "Liverpul", "Benfika", "Atletik Bilbao", "Ayaks", "Napoli", "Ayntraxt" və "Kopenhagen"dir.
Azərbaycan çempionu ən azı ilk 24-ə daxil ola bilsə, pley-offa adlayacaq və 54-66 milyon, 25-30-cu yerləri bölüşdürsə 33-40 milyon, 31-36-cı pilləni tutsa, 28-39 milyon avro qazana bilər.
"Qarabağ"ın pley-off mərhələsinə keçməsi çox çətindir. Çünki əksər rəqibləri maliyyəsi, heyəti, təcrübəsi baxımından çox üstündür. Ağdam klubu ən azı 25-30-cu yerləri bölüşdürsə əlavə 33-40 milyon avro da əldə edəcək. Bununla "Qarabağ"ın qazancı ümumilikdə azı 56,7-63,7 milyon avro (112-126 milyon manat) olacaq.