"Qarabağ"ı qəbul edəcək "Benfika"dan qələbə - Video
Futbol, Video
660
01 Sentyabr 2025 - 08:41
Supersport.Az-ın məlumatına görə, Portuqaliya primeyra liqasında "Benfika" səfərdə "Alverka"nı məğlub edib. Qonaq komanda 2:1 hesablı qalib gəlib. "Benfika"dan Andreas Şelderup (5) və Amar Dediç (44), "Alverka"dan Davi Quy (85) qol vurub. Qonaq komandadan Amar Dediç 70-ci dəqiqədə meydandan kənarlaşdırılıb.
Portuqaliya çempionatında 4 turdan ilk üç yerdə "Portu" (12 xal), "Famalikan" (10 xal) və "Sportinq" (9 xal) qərarlaşıb. "Benfika" 3 oyundan 9 xalla 4-cüdür.
Qeyd edək ki, Çempionlar Liqasının liqa mərhələsinin ilk turunda 16 sentyabrda "Benfika" "Qarabağ"ı qəbul edəcək.