"Qarabağ"ın növbəti qələbəsi faydalı oldu

"Qarabağ"ın növbəti qələbəsi faydalı oldu
Futbol
563
20 Avqust 2025 - 11:49

"Qarabağ"ın Çempionlar Liqasında pley-off mərhələsinin ilk görüşündə "Ferentsvaroş"u 3:1 məğlub etməsi faydalı olub.


Supersport.Az xəbər verir ki, bu qələbə sayəsində UEFA reytinqində "Qarabağ" Azərbaycanın aktivinə 0,250 əmsal əlavə edib. 


Hazırda Azərbaycan 19.500 əmsalla 28-ci, Ukrayna 19.725 xalla 27-ci pillədədir.


Azərbaycandan bir pillə geridə - Bolqarıstan 18.375 xalla 29-cudur. 


Təsnifat mərhələlərində 1 qələbəyə 1, heç-heçəyə isə 0,500 əmsal verilir. Bu isə bir ölkənin iştirakçıları arasında bölünür (Azərbaycan üçün əmsal 4 yerə bölünür).


Qeyd edək ki, "Qarabağ" - "Ferentsvaroş" oyunu avqustun 27-də Bakıda keçiriləcək.

Digər xəbərlər