"Qarabağ" "Ferentsvaroş"u məhv etdi
Futbol
646
20 Avqust 2025 - 00:55
Bu gün "Qarabağ" Çempionlar Liqasında pley-off mərhələsində ilk oyununu keçirib.
Supersport.Az xəbər verir ki, Azərbaycan təmsilçisi Macarıstanın "Ferentsvaroş" klubuyla qarşılaşır.
Matça Bakı vaxtı ilə 23:00-da start verilib.
"Qarabağ" "Ferentsvaroş"u 3:1 məğlub edib.
Üç il əvvəl "Qarabağ" evdə "Ferentsvaroş"la 1:1 edib, səfərdə 3:1 qələbəylə mərhələ keçib.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi
19 avqust
23:00. "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" (Azərbaycan) 1:3
Budapeşt, "Qrupama Arena"
Qeyd edək ki, tərəflər arasında cavab oyunu avqustun 27-də Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Matç 20:45-də başlanacaq.