"Qarabağ"la oyunlarda qol buraxmadan qalib gəlməliyik" - Robbi Kin

"Qarabağ"la oyunlarda qol buraxmadan qalib gəlməliyik" - Robbi Kin
Futbol
545
18 Avqust 2025 - 17:33

Supersport.Az xəbər verir ki, "Qarabağ"la oyun ərəfəsində "Ferentsvaroş"un baş məşqçisi Robbi Kin media nümayəndələri qarşısında fikirlərini bildirib.


"Hər iki komanda bərabər səviyyəlidir, eyni gücdədir. Bacardığımız və istədiyimiz kimi oynasaq, rəqibə ciddi problemlər yarada bilərik. Təhlükəli və qol vurmağı bacaran futbolçularımız var. "Qarabağ" çox yaxşı komandadır, təcrübəlidir.


“Ludoqorert”lə cavab matçının ilk 15-20 dəqiqəsində futbolçularımız bir qədər əsəbi oldular, ancaq sakitləşib öz oyunlarını nümayiş etdirərək qələbə qazandılar. Belə etsələr, “Qarabağ”a da qol vura bilərik. 


Cavab matçının ilk hissəsi istədiyimiz kimi olmadı, bir az əsəbi olsaq da, fasilədən sonra sakitləşdik. Burada öz oyunumuzu oynaya bildik, bir neçə sürətli ötürmələrlə irəli getdik, nəticədə qollar və irəliləyiş oldu. Çərşənbə axşamı "Qarabağ"a qarşı bu oyunu da görmək istərdim. Güclü komanda ilə qarşılaşacağımızı bilirik, onların da şansları olacaq. Amma biz bəzən çox konsentrasiya olmalıyıq. "Fradi" azarkeşlərindən xahiş edirəm ki, keçən dəfə qarşılaşmada hiss etdiyimiz enerjini stadiona gətirsinlər. Futbolçular sahib olduqları dəstəyi hiss etsələr, çox kömək edəcək. Matçın açarı hər iki görüşdə qol buraxmamaq olacaq".



Digər xəbərlər