Qurban Qurbanovdan "Ferentsvaroş"un "Qarabağ"a qarşı təxribatına cavab - Video

Qurban Qurbanovdan "Ferentsvaroş"un "Qarabağ"a qarşı təxribatına cavab - Video
Futbol, Eksklüziv, Video
595
18 Avqust 2025 - 12:27

Supersport.Az-ın "Ferentsvaroş"un "Qarabağ"a qarşı təxribat xarakterli məlumatı, Avropa yarışında ölkəmizin yeganə təmsilçisi qalmağınız, liqa mərhələsini hədəfləməyiniz komandanızda gərginlik, təzyiqə səbəb olmayıb?" sualını Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov cavablandırıb.



"Məncə, bu, texniki səhvdir. Çünki Azərbaycanla Macarıstanın ölkə olaraq çox yaxşı münasibətləri var. Buna görə düşünmürəm ki, məlum məlumatı yayan zaman təxribat etmək nəzərdə tutulub. Bir daha bildirim ki, bu texniki səhvdir".


Xatırladaq ki, bir müddət əvvəl "Ferentsvaroş" saytında "Qarabağ"ı erməni klubu kimi təqdim etdiyi üçün Azərbaycan komandasının tələbindən sonra macar təmsilçisi üzr istəyib və təxribat xarakterli məlumatda düzəliş etməyə məcbur olub.


Digər xəbərlər