"Qarabağ" "Ferentsvaroş"la döyüşə getdi -Video - Eksklüziv

"Qarabağ" "Ferentsvaroş"la döyüşə getdi -Video - Eksklüziv
Futbol, Eksklüziv, Video
484
18 Avqust 2025 - 10:45

Supersport.Az UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Ferentsvaroş"ın qonağı olacaq "Qarabağ"ı bu gün səfərə yollanan zaman Bakının aeroportunda videogörüntüyə alıb.  

Azərbaycanın 12 qat çempionu bu gün mətbuat konfransı, məşq nəzərdə tutub.


Baş məşqçi Qurban Qurbanov yerli saatla 19:00-da (Bakı vaxtıyla 21:00-da) media nümayəndələri qarşısına çıxacaq. Mətbuat konfransı 30 dəqiqə nəzərdə tutulub. Bundan sonra "Qarabağ" komandası matçın keçiriləcəyi "Groupama Arena"da məşq edəcək.  


Xatırladaq ki, bir müddət əvvəl "Ferentsvaroş" saytında "Qarabağ"ı erməni klubu kimi təqdim etdiyi üçün Ağdam komandasının tələbindən sonra üzr istəyib və təxribat xarakterli məlumatda düzəliş edib.


UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş" - "Qarabağ" oyunu 19 avqust Bakı vaxtilə 23:00-da başlanacaq. Cavab matçı avqustun 27-də Bakıda keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionundakı oyuna 20:45-də start veriləcək.

Digər xəbərlər