"Sumqayıt" "Kəpəz"ə futbol dərsi keçdi
Futbol
442
17 Avqust 2025 - 22:23
Bu gün Azərbaycan Premyer Liqasında 1-ci turun daha bir oyunu keçirilib.
Supersport.Az xəbər verir ki, "Sumqayıt" "Kəpəz"i 3:0 hesablı məğlub edib.
Turun son görüşü Zirədə baş tutacaq. Avqustun 19-u saat 20:00-da "Zirə" "Araz-Naxçıvan"ı qəbul edəcək.
Azərbaycan Premyer Liqası
I tur
17 avqust
20:30 "Sumqayıt" - "Kəpəz" 3:0
Qollar: Rüstəm Əhmədzadə 14, Ramalinqom 26, Yankoviç 37
Baş hakim: Fərid Hacıyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu