"Ferentsvaroş"un məğlubiyyətinin səbəbi - "Qarabağ"la oyuna hazır olmalıyıq"

"Ferentsvaroş"un məğlubiyyətinin səbəbi - "Qarabağ"la oyuna hazır olmalıyıq"
Futbol
531
17 Avqust 2025 - 12:07

Supersport.Az xəbər verir ki, "Puşkaş Akademiya"sına məğlub olan "Ferensvaroş"un irlandiyalı baş məşqçisi Robbi Kin uğursuzluğun səbəbini açıqlayıb.


"İstifadə edə bilmədiyimiz imkanlar bizə baha başa gəldi. İlk 15 dəqiqədə 3:0 öndə ola bilərdik, fürsətləri dəyərləndirmədik. Sonra rəqib hesabı açdı, amma oyuna qayıtmağı bacardıq. Hücumda da, müdafiədə də daha yaxşı oynamalıyıq. 


Niyə ikinci hissədə gerilədiyimizi bilmirəm. İlk 45 dəqiqədə yaxşı oynadıq, imkanlar yaratdıq. Oyuna görə məğlubiyyətə layiq deyildik, amma uduzduq".


Macarıstan mediasının yazdığına görə, baş məşqçi Robbi Kin bu matçda heyətdə köklü dəyişiklik edib.


"Ferentsvaroş"un baş məşqçisi, "Ludoqorets"lə Çempionlar Liqasının cavab matçında əsas heyətə daxil etdiyi 10 oyunçuya istirahət verib və onları ilk 11-liyə salmayıb. Buna səbəb "Qarabağ"la qarşıdakı oyundur.


Robbi Kin "Qarabağ"la matça da toxunub:


"İndi başımızı aşağı salıb yolumuza davam etməliyik. Sabahdan etibarən çərşənbə axşamkı oyuna hazır olmalıyıq. Azarkeşlər yenə çox yaxşı idilər, həmişəki kimi. Yeni oyunçulara şans verdik, bir çoxları isə çərşənbə axşamı üçün dincəldi, hamı həmin oyuna hazır olacaq. Çərşənbə axşamı bizi son dərəcə vacib oyun gözləyir".


Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş" - "Qarabağ" oyunu 19 avqust Bakı vaxtilə 23:00-da başlanacaq. Cavab matçı avqustun 27-də keçiriləcək. Oyuna 20:45-də start veriləcək.

Digər xəbərlər