"Ferentsvaroş"un "Qarabağ"la oyundan əvvəl məğlubiyyəti - Foto-Video
Futbol, Video, Foto
583
17 Avqust 2025 - 11:31
UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"la qarşılaşacaq "Ferentsvaroş" komandası Macarıstan çempionatının IV tur oyununda "Puşkaş Akademiyası"na məğlub olub.
Budapeştdəki "Groupama Arena"da keçirilən matçda qonaqlar 2:1 hesablı qələbə qazanıb.
"Feretnsvaroş" - "Puşkaş" Akademiyası" 1:2
Qollar: Kadu 24 - Daniel Lukaç 20, 61
"Ferentsvaroş" 7 xalla 3-cü yerdədir.
"Puşkaş Akademiyası" isə 9 xalla liderliyə yüksəlib.
Qeyd edək ki, "Ferentsvaroş" "Qarabağ"la ilk oyununu avqustun 19-da Budapeştdə, cavab görüşünü avqustun 27-də Bakıda keçirəcək.