"Tottenhem"in istədiyi 8 milyonluq futbolçu Azərbaycan millisini seçdi

"Tottenhem"in istədiyi 8 milyonluq futbolçu Azərbaycan millisini seçdi
Futbol
520
17 Avqust 2025 - 07:03

"Sanderlend"in müdafiəçisi Dennis Çirkin Azərbaycan milli komandasında oynaya bilər.


Supersport.Az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.


23 yaşlı sol cinah müdafiəçisi 4 ölkənin təklifindən imtina edərək Azərbaycanı seçib.


Futbolçu ilə "Tottenhem"in maraqlandığı iddia olunur.


Qeyd edək ki, Dennis Çirkin İrlandiyanın Dublin şəhərində doğulub. O, "Tottenhem" akademiyasının yetirməsidir. Müdafiəçi 2021-ci ildən "Sanderlend"də çıxış edir. Çirkin İngiltərənin U-21 millisinə də dəvət alıb. Dennisin atası Türkiyənin Hatay şəhərindəndir.

Digər xəbərlər