"Qarabağ"ın "Ferentsvaroş"a qarşı döyüş proqramı açıqlandı - Eksklüziv

"Qarabağ"ın "Ferentsvaroş"a qarşı döyüş proqramı açıqlandı - Eksklüziv
Futbol
517
17 Avqust 2025 - 12:21

Supersport.Az-a UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Ferentsvaroş"ın qonağı olacaq "Qarabağ"ın səfər proqramı məlum olub. 


Azərbaycanın 12 qat çempionu Macarıstan paytaxtı Budapeştə təyyarəylə gələn həftənin birinci, oyundan bir gün əvvəl yollanacaq. 


Avqustun 18-də səfərə gedəcək "Qarabağ"ın həmin gün mətbuat konfransı, məşqi planlaşdırılıb.


Baş məşqçi Qurban Qurbanov yerli saatla 19:00-da (Bakı vaxtıyla 21:00-da) media nümayəndələri qarşısına çıxacaq. Mətbuat konfransı 30 dəqiqə nəzərdə tutulub. Bundan sonra "Qarabağ" komandası matçın keçiriləcəyi "Groupama Arena"da məşq edəcək. 


Supersport.Az-a məlumatı "Qarabağ" Futbol Klubunun media və marketinq departamentinin rəhbəri Anar Hacıyev verib. 


Qeyd edək ki, bir müddət əvvəl "Ferentsvaroş" saytında "Qarabağ"ı erməni klubu kimi təqdim etdiyi üçün Ağdam komandasının tələbindən sonra üzr istəyib və təxribat xarakterli məlumatda düzəliş edib.


Xatırladaq ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş" - "Qarabağ" oyunu 19 avqust Bakı vaxtilə 23:00-da başlanacaq. Cavab matçı avqustun 27-də Bakıda keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionundakı oyuna 20:45-də start veriləcək.

Digər xəbərlər