"Levski" "Sabah"ı kənarlaşdırdı, yumruq göstərdi - Şəkillər
"Sabah" bu gün UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsində cavab oyununu keçirib.
Supersport.Az xəbər verir ki, Valdas Dambrauskasın baş məşçqisi olduğu Azərbaycan klubu "Levski"ni qəbul edib.
Ukraynalı Mikola Balakin idarə etdiyi oyunda Bolqarıstan komandası 2:0 hesablı qələbəylə mərhələ adlayıb.
"Levski" cütünün qalibi pley-off mərhələsində "AZ Alkmaar" (Niderland) - "Vaduts" Lixtenşteyn) duelinin güclüsü ilə qarşılaşacaq.
UEFA Avropa Konfrans Liqası. 3-cü təsnifat mərhələsi. Cavab oyunu
20:00 "Sabah" (Azərbaycan) - "Levski" (Bolqarıstan) 0:2
Qollar: Radoslav Kirilov 40, Mazir Sula 87
ilk oyun: 0:1
Baş hakim: Mikola Balakin
Baş hakimin köməkçiləri: Oleksandr Berkut, Viktor Matyaş
Dördüncü hakim: Vitali Romanov
VAR: Oleksiy Derevinski
AVAR: Klim Zabroda
Masazır stadionu