"Omoniya" "Araz-Naxçıvan"ı yenə rəzil etdi - Video
"Araz-Naxçıvan" UEFA Avropa Konfrans Liqasında bu gün cavab oyununa çıxıb.
Supersport.Az xəbər verir ki, Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv "Omoniya"nın qonağı olub.
Bakıda "Araz"ı 4:0 darmadağın edən "Omoniya" bu dəfə rəqibini 5:0-lə məhv edib.
Qarşılaşmanı danimarkalı Yakob Kehlet idarə edib.
Bu cütün qalibi pley-off mərhələsində PAOK (Yunanıstan) - "Volfsberger" (Avstriya) duelinin məğlubu ilə görüşəcək.
UEFA Avropa Konfrans Liqası. 3-cü təsnifat mərhələsi. Cavab oyunu
21:00 "Omoniya" (Kipr) - "Araz-Naxçıvan" (Azərbaycan) 5:0
Qollar: Villi Semedo, 9, Stefan Yovetiç, 26, Evandro, 30, 45+4, M.Musailaovski,79
ilk oyun: 4:0
Baş hakim: Yakob Kehlet
Baş hakimin köməkçiləri: Lars Hummelqaard, Martin Markus
Dördüncü hakim: Mikel Redder
VAR: Sandi Putros
AVAR: Morten Kroq