"Turan"ın ikinci məğlubiyyəti
Futbol
409
05 Avqust 2025 - 20:36
Supersport.Az xəbər verir ki, Türkiyə təlim-məşq toplanışı çərçivəsində sonuncu oyunda "Turan Tovuz" Mərakeş təmsilçisi "Vidad"a məğlub olub. Matçın ilk hissəsində qol vurulmayıb. Baş məşqçi Kurban Berdıyev ikinci hissədə əsasən gənclərdən ibarət heyəti meydana buraxıb. Komanda 81-ci dəqiqədə buraxdığı qolla meydandan 0:1 hesablı məğlubiyyətlə ayrılıb.
Qeyd edək ki, Türkiyə toplanışını başa vuran "Turan Tovuz" sabah Vətənə dönəcək.