"Qarabağ" "Şkendiya"nı məğlub etdi
Futbol
527
05 Avqust 2025 - 23:55
UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin ilk oyunlarına bu gün start verilib.
Supersport.Az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” səfərdə “Şkendiya” ilə qarşılaşıb. Ağdam klubu rəqibini 1 qolla məğlub edib.
Qeyd edək ki, "Qarabağ" - "Şkendiya" cütünün güclüsü Çempionlar Liqasının pley-off mərhələsində "Ludoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub tərəf isə Avroliqanın pley-offunda həmin cütdə məğlub tərəflə qarşılaşacaq.
UEFA Çempionlar Liqası
3-cü mərhələ, ilk oyun
5 avqust
22:00. "Şkendiya" (Şimali Makedoniya) - "Qarabağ" (Azərbaycan) 0:1
Qol: Toral Bayramov 18-pen.
Baş hakim: İvan Kruzliaka (Slovakiya)
Skopye, "Todor Proeski" stadionu