"Traktor" iki futbolçuyla gücləndi

Supersport.Az-ın məlumatına görə, Cənubi Azərbaycan çempionu "Traktor" Futbol Klubu heyətini gücləndirib.
Xorvat mütəxəssis Draqan Skoçiçin baş məşqçisi olduğu Təbriz klubunun yeni mövsüm hədəfi Asiya Çempionlar Liqasının, həmçinin İranda yarışların qalibi olmaqdır.
"Traktor" "Dinamo Zaqreb"in keçmiş futbolçularını heyətinə cəlb edib.
Cənubi Azərbaycan klubu əvvəlcə xorvat yarımmüdafiəçi Tibor Haliloviçlə 2 il müqavilə imzalayıb. 30 yaşlı futbolçu universaldır.
Tibor "Dinamo Zaqreb"in yetirməsidir, kayerasında Xorvatiya'nın "Lokomotiva", "Riyeka", "Dinamo Zaqreb", "Qoritsa", Polşanın "Visla Krakov" və Niderlandın "Herenven" klublarında çıxış edib.
Baş məşqçi Dragan Skoçiçin istəyi ilə Sadıq Məhərrəmiylə də 2 illik müqavilə bağlanıb
29 yaşlı Sadıq Məhərrəmi peşəkar futbol karyerasına İranın “Malavan Bəndər Ənzəli” klubunda başlayıb. Bu komandada uğurlu çıxışından sonra Tehranın “Perspolis” klubuna transfer olunub. “Perspolis”də keçirdiyi iki mövsüm ərzində yüksək səviyyədə oyun göstərərək Xorvatiyanın “Dinamo Zaqreb” klubuna transfer edilib.
Məhərrəmi “Dinamo Zaqreb”də altı mövsüm ərzində 140-dan çox rəsmi oyunda çıxış edib və Xorvatiya çempionatında bir neçə dəfə çempion olaraq, İran futbol tarixinin ən titullu legionerlərindən birinə çevrilib. O, həmçinin UEFA Çempionlar Liqası və Avropa Liqası turnirlərində də dəfələrlə meydana çıxıb. Karyerası ərzində bir müddət “Lokomotiva Zaqreb” klubunda icarə əsasında da oynayıb.
Sadıq Məhərrəmi İran milli komandasının heyətində 32 oyun keçirib və 2022-ci il Qətər dünya çempionatında da iştirak edib.

