"Kəpəz" 11 futbolçunu yola saldı

"Kəpəz" 11 futbolçunu yola saldı
Futbol
269
30 İyun 2025 - 14:19

Supersport.Az xəbər verir ki, "Kəpəz"də müqaviləsi başa çatan Turan Manafov, Nicat Süleymanov və Camal Cəfərov komandanı tərk edib. 


Müdafiəçi olan Manafov ötən mövsüm 28 çempionat matçında meydana çıxaraq 2 qol vurub, 2 assist edib. Turandan fərqli "Kəpəz"də ikinci mövsümünü keçirmiş Nicat Süleymanov 20 oyunda 1 qola imza atıb. Yarımmüdafiəçi 2022-2023-cü illər mövsümdə komandada 28 oyunda 2 dəfə fərqlənib. Klubda icarə əsasında çıxış etmiş Camal Cəfərov da "Kəpəz"də ikinci mövsümünü keçirib. Orta xətt oyunçusu son çempionatda 31 matçda 2 qolla yadda qalıb. Bundan əvvəlki mövsümdə Cəfərov "sarı-göylər" adına 11 oyuna çıxıb.


Xatırladaq ki, "Kəpəz" bundan əvvəl belaruslu Yeqor Xvalko, gürcüstanlı Rati Ardazişvili, maltalı Buhagiar, mərakeş əsilli ispaniyalı Lkoça, portuqaliyalılardan Dioqo Verdaşka, Rojerio Santos, Valdemar Almeydanı və Tural Rzayevlə vidalaşıb.


Digər xəbərlər