"Turan" AFFA-dan ədalətli qərarlar tələb etdi - Video

"Turan" AFFA-dan ədalətli qərarlar tələb etdi - Video
Futbol, Video
419
10 Fevral 2025 - 12:05

Dünən “Turan Tovuz” Azərbaycan Premyer Liqasının 22-ci turunda “Sabah”a qarşı keçirilən oyunun hakim idarəçiliyindən haqlı olaraq narazı qalıb.

Supersport.Az saytının məlumatına görə, bununla bağlı Tovuz klubunun paylaşımında deyilir:  

“Mövsüm ərzində artıq neçənci dəfədir hakim səhvləri ilə xal və ya xallardan məhrum oluruq. Son oyundan olan epizodları sizin ixtiyarınıza buraxırıq.

AFFA Hakimlər Komitəsinin sədri cənab Frank De Blekerin "Sabah" - "Turan Tovuz" oyununda hakimliklə bağlı fikirlərini səbirsizliklə gözləyirik. Hər zaman qeyd etdiyimiz kimi, təmiz futbol, ədalətli qərarlar tələb edirik!”

Xatırladaq ki, mattçın baş hakimi İnqilab Məmmədov Tovuz klubunun qapısına şübhəli penalti verib, ikinci qoldan əvvəl isə qayda pozuntusuna göz yumub.

VAR hakimi Cavid Cəlilov, AVAR hakimi
Eyyub İbrahimov, hakim-inspektor İmanxan Sultani olub.


Digər xəbərlər