Avropa Liqasında pley-off mərhələsinin püşkünün nəticələri

Avropa Liqasında pley-off mərhələsinin püşkünün nəticələri
Futbol
377
01 Fevral 2025 - 08:47

UEFA Avropa Liqasında bu gün pley-off mərhələsinin püşkü atılıb.


Supersport.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Liqa mərhələsində 9-24-cü pillələri tutan komandalar pley-offda 8 cüt təşkil edib.


Pley-off mərhələsinin mümkün cütləri


"Tvente" (Niderland) - “Budyo Qlimt” (Norveç)


"Fənərbağça" (Türkiyə) - “Anderlext” (Belçika)


“Yunion” (Belçika) - "Ayaks" (Niderland)


PAOK (Yunanıstan) - FKSB (Rumıniya)


AZ (Niderland) - "Qalatasaray" (Türkiyə)


“Midtyullann” (Danimarka) - "Real Sosyedad" (İspaniya)


“Ferentsvaroş” (Macarıstan) - "Viktoriya" (Çexiya)


"Portu" (Portuqaliya) - "Roma" (İtaliya)


Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları fevralın 13-də, cavab matçları isə fevralın 20-də keçiriləcək. “Latsio” (İtaliya), “Atletik” (İspaniya), “Mançester Yunayted”, “Tottenhem” (hər ikisi İngiltərə), “Ayntraxt” (Almaniya), “Lion” (Fransa), “Olimpiakos” (Yunanıstan) və “Reyncers” (Şotlandiya) birbaşa 1/8 finala vəsiqə qazanıb.

Digər xəbərlər