Qurban Qurbanov: "Avropa Liqasında 36 komandanın büdcəsini sıralasaq, biz sonuncu yerlərdəyik"

Qurban Qurbanov: "Avropa Liqasında 36 komandanın büdcəsini sıralasaq, biz sonuncu yerlərdəyik"
Futbol
503
31 Yanvar 2025 - 08:39

Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının Liqa mərhələsinin 8-ci turunda "Olimpiakos"a məğlubiyyətin ardından yarışda sonuncu olan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Juninyonun satışından əldə olunan 5 milyon avro qazancla  klubun yeni futbolçular alıb-almayacağı haqqında danışıb: 


"Bu, böyük bir mövzudur. Suala cavab vermək üçün lazım olan təfərrüatlara varsam, çox vaxt aparacaq. Juninyo komandamızda olarkən Liqa mərhələsinin 6 matçından 5-də uduzmuşduq. Nəticələr göstərir ki, oyunumuz kifayət qədər zəifdir. Lakin bəzi matçlarda çox yaxşı görünürdük. 5 milyondan danışsaq, bu, vəziyyəti yaxşılaşdırmayacaq, düzəltməyəcək. Liqa məhələsinin 36 iştirakçısının büdcəsini sıralasaq, biz sondan 3-cü və ya 2-ci olacağıq. Büdcəsi yüz milyonlarla hesablanan komandalara qarşı oynadıq. Onların futbol təfəkkürü nəzərə alınaraq, bir-iki milyona futbolçu almaqla işimizin düzələcəyini söyləmək düzgün olmaz. Bu və ya digər futbolçunun bizə gəlmək istəyəcəyi məlum deyil. Yenə də bunu ətraflı müzakirə etmək lazımdır. Biz heç vaxt futbolçuları 5 milyona satmamışıq. yüksək keyfiyyətli komanda formalaşdıraraq işimizi çox gözəl idarə etmişik. İndi "Qarabağ" yüksək keyfiyyətdədir, sadəcə olaraq, bu Avropa mövsümü uğursuz oldu. Komandanın gücləndirilməsinə gəlincə, biz bütün il bu barədə düşünürdük. Təəssüf ki, bəzi çətinliklərimiz oldu. Amma hələ vaxtımız var və inanıram ki, bunun ən az 50 faizini reallaşdıra biləcəyik".

Digər xəbərlər