"Şamaxı" qumar oynayan futbolçuları qovdu
Futbol
826
10 Dekabr 2024 - 23:57
"Şamaxı" iki futbolçusunu kənarlaşdırıb.
Supersport.Az xəbər verir ki, müdafiəçi Adil Nağıyev və yarımmüdafiəçi Giorgi Kantariya ilə müqavilələrə xitam verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Açıqlamada qeyd olunub ki, xitamın səbəbləri barədə klub hazırda hər hansı bir başqa açıqlama verməyi lazım bilmir.
Hər iki futbolçunun danışılmış oyunların iştirakçısı, qumar şirkətilərinə pul qoyuluşu etdiyi üçün komandadan qovulduğu bildirilir. Gürcü Kantariyanın təşkilatçılığı ilə bəzi futbolçular "Şamaxı”nın oyunlarının nəticələrinə şübhə salacaq hərəkətlər edib. Nağıyevin onunla əlbir olduğu deyilir. Daha bir neçə nəfər də şübhəlilər siyahısındadır.