"Qarabağ" irəlilədi, "Turan" reytinqə düşdü
Supersport.Az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
Azərbaycanın cədvəldə 4 komandası yer alıb. “Qarabağ” ən yaxşı göstəriciyə malikdir. Ağdam təmsilçisi 177,50 xalla dünyada 67-cidır. Qurban Qurbanovun komandası ötən ayla müqayisədə 5 pillə irəliləyib.
“Zirə” 94,25 xalla 219-cu yerdə qalıb.
62,50 xalı olan “Sabah” 14 pillə irəliləyərək 409-cu yerdə qərarlaşıb.
Bundan əlavə, "Turan Tovuz" da siyahıya düşüb. Bölgə klubu 53,75 xalla 496-cıdır.
Cənubi Azərbaycanın "Traktor" klubu 62,50 xalla 59 pillə yüksələrək 409-cudur.
Türkiyənin "Qalatasaray" klubu 214,50 xalla 40-cıdır, 4 pillə irəliləyib.
Qeyd edək ki, siyahıda 388 xalla İspaniyanın "Real Madrid"i birincidir.