"Neftçi" tanınmış jurnalist Rüstəm Əfsərliyə vəzifə verdi

"Neftçi" tanınmış jurnalist Rüstəm Əfsərliyə vəzifə verdi
Futbol
357
09 İyul 2024 - 13:41

Supersport.Az-ın məlumatına görə, Rüstəm Əfsərli "Neftçi"nin PFK-nın Media üzrə koordinatoru vəzifəsinə təyin edilib.
Azərbaycanın ən yaxşı idman jurnalistlərindən biri olan Rüstəm Əfsərli 2005-ci ildən idman mətbuatındadır. 2015-ci ildən etibarən isə o, "CBC Sport" kanalında çalışıb. Bu müddətdə müxtəlif layihələrin yaradıcısı və iştirakçısı olub, telekanalda Şərhçilər qrupuna rəhbərlik edib və Proqram direktoru kimi fəaliyyət göstərib. Həm milli, həm də beynəlxalq idman yarışlarında şərhçi, aparıcı və prodüser kimi işləyib, 2018 və 2020-ci illərdə "İlin ən yaxşı şərhçisi" mükafatını qazanıb.

Digər xəbərlər