"Zirə"nin rəqibi "Şerif" oldu

Futbol
450
18 İyun 2024 - 17:15
Supersport.Az xəbər verir ki, bu gün futbol üzrə UEFA Avropa Liqasında 2024/2025-ci illər mövsümü üçün 1-ci təsnifat mərhələsinin püşkü atılıb.
Azərbaycanı bu raundda təmsil edəcək "Zirə"nin də rəqibi Moldovanın "Şerif"i olub..ə
Azərbaycan klubu birinci təsnifat mərhələsinin ilk oyununu iyulun 11-də səfərdə, cavab matçını isə 18-də Bakıda keçirəcək.
Avrokubokların II təsnifat mərhələsinin püşkü isə sabah atılacaq.
"Qarabağ"ın Çempionlar Liqasında, "Sabah"la "Sumqayıt"ın Konfrans Liqasındakı ilk rəqibləri, həmçinin "Zirə"nin növbəti raundda qarşılaşa biləcəyi komanda məlum olacaq.