Nikola Yurçeviç: "İstəyirik ki, xorvatlara xoş olmayan sürpriz edək" - Video

Nikola Yurçeviç: "İstəyirik ki, xorvatlara xoş olmayan sürpriz edək" - Video
Futbol, Video
21 Mart 2019 - 00:19

Supersport.Az-ın məlumatına görə, AÇ-2020-nin seçmə qrup mərhələsi çərçivəsində bu gün Zaqreb şəhərindəki "Maksimir" stadionunda keçiriləcək Xorvatiya – Azərbaycan oyunu ərəfəsində millimizin baş məşqçisi Nikola Yurçeviç fikirlərini bildirib.


"Sabah bizi maraqlı, gərgin oyun gözləyir. Xorvatiya son dünya çempionatının gümüş mükafatçısıdır, ancaq biz də yaxşı məşq etmişik və məzmunlu futbol göstərməyə hazırıq. Bizimlə birgə bura gələn heyət üzvlərinin hamısı oynaya biləcək vəziyyətdədir. Hazırda 12-13 futbolçu arasından start heyətini müəyyənləşdirmək barədə düşünürəm. Onu da qeyd edim ki, evimdə oynayıram və ümid edirəm ki, ilk oyunum uğurlu alınacaq.


Oyunçuların məşqdəki motivasiyasından razıyam. Gözlədiyimdən də yaxşı səviyyədədirlər. Ancaq etiraf etməliyik ki, Xorvatiya yığmasının futbolçularının səviyyəsi tam fərqlidir.

Xorvatiya komandası haqda oyunçulara hər şey artıqlaması ilə çatdırılıb. Detallı şəkildə təhlil aparmışıq. Ancaq əsas bu deyil, oyunçuların meydanda nələri ortaya qoya biləcəkləridir. Hamımız bilirik ki, Xorvatiya favoritdir, ancaq biz də istəyirik ki, onlara xoş olmayan sürpriz edək".

Digər xəbərlər