Azərbaycan Rusiyadan xal qopardı - Video

Azərbaycan Rusiyadan xal qopardı - Video
Futbol, Video
20 Mart 2019 - 19:52
19 yaşadək futbolçulardan ibarət yığmamız Avropa çempionatının elit-raund mərhələsində mübarizəyə başlayıb.

Supersport.Az-ın məlumatına görə, Vüqar Məmmədin başçılıq etdiyi kollektiv Rusiyada təşkil olunan turnirin birinci qrupunda mübarizə aparan komandamız ilk sınağında meydan sahibləri ilə üz-üzə gəlib. Oyun qolsuz başa çatıb.

Millimiz rəqibiylə oyunda əla təsir bağışlayıb, hətta qol vurmaq, qələbə qazanmaq imkanı olub. Yığmamızın hücumu zamanı bir dəfə top qapı tirinə dəyib.


Millimiz qrupda Rusiya ilə yanaşı, İrlandiya və Rumıniya seçmələri ilə də mübarizə aparacaq. Elit-raundda yalnız qrup qalibləri final mərhələsinə vəsiqə qazanacaqlar. Bu mərhələnin görüşləri isə iyulun 14-27-də Ermənistanda olacaq.


AÇ-2019-un seçmə mərhələsi, I qrup

20 mart

18:00. Rusiya - Azərbaycan 0-0



Hakimlər: Adrien Jakottet, Vital Jobin (hər ikisi İsveçrə), Balaş Şert, Adam Farkaş (hər ikisi Macarıstan)

Krasnodar Akademiyasının stadionu

Digər xəbərlər